Yarın gerdenine golum salanda Zülfe dolaşdığı yadıma düşdü İstedim ki el uzadam goynuna Düymesin açdığı yadıma düşdü
Sallanıb gelende derdin bilende El ele çalanda gah gah gülende Eyleşib galanda pünhan olanda Deyib danışdığı yadıma düşdü
Aynasın guranda ziynet verende Zülfünü buranda telin hörende Goynuma girende golun görende Hesret sarışdığı yadıma düşdü
Kirpiyin gahanda cana çahanda Hemayil tahanda enber gohanda Seyrağıb bahanda evim yıhanda Kenardan keçdiyi yadıma düşdü
Bi-mürvet elinde yarın elinde Perişan halımda çeşmim selinde Hüseyn'in könlünde ezber dilinde Yanıb alışdığı yadıma düşdü |
|
|